"Bakı" "Qara Dəniz" kubokunda darmadağına davam edir

"Bakı" "Qara Dəniz" kubokunda darmadağına davam edir

Ukraynanın Sevastopol şəhərində "Qara Dəniz" kubokunda iştirak edən "Bakı"nın turnirə qələbə ilə başladığını xəbər vermişdik. "Krım"la görüşdə rəqibindən açıq aşkar üstün olan təmsilçimiz oyunu darmadağınla başa vurmuşdu - 7:2. Siasport.az saytının məlumatına görə, ikinci oyununa çıxan təmsilçimiz yenə böyükhesablı qələbəyə sevinib. Bu dəfə hesab daha böyük olub - 8:2. Bu gün istirahət edəcək komandamız, sabah "Sevastopol"la yarımfinal oyununa çıxacaq. Finala vəsiqə qazanacağı təqdirdə "Bakı" "Kiyev"- "Sumi" oyununun qalibi ilə qızıl medalların taleyinə aydınlıq gətirəcək. Qeyd edək ki, orada yaşayan həmyerlilərimizin "Bakı"ya marağı olduqca böyükdür. Oyunlarda tribunaları dolduran həmyerlilərimiz, daim komandanı diqqət mərkəzində saxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə