FİFA-nın Cüneyt Çakır ilə bağlı qərarı ingilisləri şoka saldı!

FİFA-nın Cüneyt Çakır ilə bağlı qərarı ingilisləri şoka saldı!

Bir neçə gün bundan əvvəl "DÇ-2014" çərçivəsində keçirilmiş Ukrayna-İngiltərə oyunu ilə bağlı ingilis mətbuatının türkiyəli ədalət təmsilçisi Cüneyt Çakır əleyhinə təhqir və böhtan dolu yazıları davam edir. Siasport.az saytı xəbər verir ki, "dumanlı albiom" mətbuatı türkiyəli ədalət təmsilçisinin Stiven Cerrardı meydandan qovmasını və ingilislərin oyundankənar vəziyyətdə vurduqları qolu hesaba almamasını ədalətsizlik kimi qələmə verirlər. Lakin FİFA bu gün açıqladığı qərarında ingilislərin iddialarını rədd edərək, C.Çakırın idarəçiliyini yüksək qiymətləndirdiyini və onu 8,5 bal ilə dəyərələndirdiyini elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə