Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Siasport.az saytının məlumatına görə, siyahıda Azərbaycan millisinin aparıcı idmançıları ilk iyirmilikdə qərarlaşıblar.
Cüdoçularımızdan ən yaxşı göstərici olimpiya çempionumuz Elnur Məmmədliyə (81 kq) məxsusdur. O, cədvəldə 5-ci yeri tutur. Ondan sonra İlqar Müşkiyev (60 kq) gəlir ki, təmsilçimiz 7 rəqibindən geri qalır.
Millimizin liderlərindən olan Elxan Məmmədovla (90 kq) Kifayət Qasımova (57 kq) 11-ci pilləni tuturlar. Onlardan başqa, Ramilə Yusubova (63 kq) 16-cı, Tərlan Kərimov (66 kq) 17-ci, Rüstəm Orucov (73 kq) 19-cu və Elmar Qasımov (100 kq) 20-cidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB