Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BGİBİ) tədbirlər planına müvafiq olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslar arasında "Breyn-ring" intellektual oyunu keçirib. Siasport.az saytının məlumatına görə, tədbirdə Penitensiar Xidmətin nümayəndəsi, 8 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi və baş idarənin nümayəndələri iştirak edib. BGİBİ-nin gənclərlə iş sektorunun aparıcı-məsləhətçisi Samir Kazımov çıxış edərək oyunun qaydaları və mahiyyəti haqqında məlumat verərək iştirakçılara uğurlar arzulayıb.
İntellektual oyunda 6 komanda iştirak edib. Komandalara Azərbaycan Respublikasının tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətləri haqqında verilən suallar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Yarışda I yerə "Şahin" komandası, II yerə "Ümid" komandası və III yerə isə "Zirvə" komandası layiq görülüb.
Onu da əlavə edək ki, oyunda I, II və III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB