Sabah Bakıda Avropa çempionatının seçmə mərhələsinin II dövrəsi start götürəcək

Sabah Bakıda Avropa çempionatının seçmə mərhələsinin II dövrəsi start götürəcək

Voleybol üzrə qadınlar arasında keçirilən Avropa çempionatının seçmə mərhələsinin II dövrəsi sabah Bakıda start götürəcək. Siasport.az saytının məlumatına görə, Belarus, Finlandiya, Avstriya milliləri ilə eyni qrupda mübarizə aparan milli komandamız ilk dövrədə bütün rəqiblərini 3:0 hesabı ilə məğlub edərək, 9 xalla qrup lideri olub.

14 - 16 sentyabrda keçiriləcək oyunlarda millimizin kapitanı Oksana Porxomenka və aparıcı hücumçularımızdan biri olan Polina Rəhimova I dövrədə olduğu kimi II dövrədə də (ötən mövsüm aldığı zədələr səbəbindən) komandamıza köməklik edə bilməyəcək. Faiq Qarayevin yetirmələri iki dövrənin nəticələrinə görə qrup lideri olduğu halda birbaşa olaraq İsveçrədə və Almaniyada keçiriləcək 2013-cü il Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə