Azərbaycan millisinin voleybolçusu Valeriya Korotenkonun gələcək karyerasına aydınlıq gəlib. Siasport.az saytının məlumatına görə, yığmamızın aparıcı liberosunun "Azərreyl"də qalacağı dəqiqləşib.
"Azərreyl" italiyalı Luna Karokkini və yaponiyalı Akiko İnonu transfer etdikdən sonra kənarda qalan voleybolçumuz hazırlıq zamanı əcnəbilərdən zəif olmadığını sübut edib. Nəticədə komanda rəhbərliyi asiyalı liberonun yerini dəyişməyi qərara alıb. A.İno "Azərreyl"in ikinci klubu hesab olunan "Azəryolservis-Bakı"ya göndərilib. Onun əvəzinə Korotenkonun komandada qalması məqsədə uyğun sayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB