Türkiyə yığma komandasında deyil, Almaniya millisində oynamağı üstün tutan "Borussiya Dortmund" futbol klubunun türk əsilli ulduz futbolçusu İkay Gündoğan bu məsələyə münasibət bildirib.
ANN.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Gündoğan Almaniyanın "Bild" qəzetinə açıqlama verib:
"Mən Gelzenkirxendə doğulmuşam. Alman dilini türk dilindən daha yaxşı bilirəm. Almaniyadamı, yoxsa Türkiyədəmi oynamalıyam məsələsi ortaya çıxanda Almaniyanı seçdim. Çünki mən almanam. Həmişə burda futbol oynamışam və burada böyümüşəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB