İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim, futbolçularına sərt şəkildə xəbərdarlıq edərək, onları "Mançester Yunayted"lə keçiriləcək qarşılaşma öncəsi üzərlərində daha çox işləməyə və bu prinsipial qarşılaşmaya hazır olmağa çağırıb. Siasport.az saytı xəbər verir ki, "imperator" ləqəbli mütəxəssis, şənbə günü oynanılacaq "Antalyaspor" qarşılaşmasında hansı futbolçu verilən tapşırığı ustalığla yerinə yetirərsə, ona da "Mançesster Yunayted"lə keçiriləcək oyunda şans verəcəyini bildirib. Bu xəbərdarlıq daha çox futbolçuları öz üzərlərində işləməyə məcbur etmək məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB