"Qarabağ" Premyer Liqanın V turunda AZAL-la keçirəcəyi oyunun hazırlıqlarının son mərhələsinə qədəm qoyur. Siasport.az saytının məlumatına görə, bu gündən etibarən Ağdam təmsilçisi oyuna tam heyətlə hazırlaşa biləcək. Belə ki, milli komandanın düşərgəsində olan oyunçuların dönüşüylə "Qarabağ" səhər və axşam çalışmalarında tam heyətlə məşq edəcək. Səhər məşqi "Sərin" mehmanxanasının meydançasında, axşam məşqi isə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB