2014-cü il DÇ seçmə mərhələsinin növbəti oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, "Bakı"nın yarımmüdafiəçisi Deyvidas Çesnauskis Litva millisinin Yunanıstan yığmasına qarşı səfər oyununda fasilədən sonra qarşılaşmaya qoşulub. Matç 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Bosniya və Herseqovina – Latviya oyununda komandanın müdafiəçisi Deniss İvanovs əvəzolunmadan 90 dəqiqə oynayıb. Onun komanda yoldaşı hücumçu Maris Verpakovskis oyuna ikinci hissədə daxil olub ve meydanda 29 dəqiqə keçirib. Oyun 4:1 hesabı ilə Bosniya və Herseqovina komandasının xeyrinə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB