Peruda Leonel Messini daşa basdılar!

Peruda Leonel Messini daşa basdılar!

"Barselona"nın argentinalı ulduz futbolçusu Leonel Messini, Peruda daşa basıblar. Siasport.az saytı türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, "DÇ-2014" çərçivəsində keçirilən Peru-Argentina qarşılaşmasından əvvəl Perunun liman şəhərinə gələn Argentina millisinin futbolçuları, yerli azarkeşlər tərəfindən daşa basılıblar. hadisədən dərhal sonra Peru polisi Argentina millisinin təhlükəsizliyini təmin etmək üçün ciddi tədbirlər görüb. Argentina Futbol Federasiyasının nümayəndəsi Xuan Karlos Qrespi, bu barədə FİFA-ya şikayət edəcəklərini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə