İstanbulun "Fənərbaxça" futbol klubu, milli qapıçı Volkan Dəmirəlin müqavilə müddətini daha 4 il uzatmaq barədə qərar qəbul edib. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun idarə heyətində qəbul olunan qərarla bağlı, komandanın səlahiyyətli şəxsləri 2002-ci ildən bəri "Fənərbaxça"nın qolkiperi olan V.Dəmirəl ilə bu gün bu məsələni müzakirə edəcəklər. Əgər V.Dəmirəl ona təklif olunan müqaviləni qəbul edərsə, o zaman o 2017-ci ilə qədər İstanbul klubunun şərəfəni qoruyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB