Aleks Ferguson qardaşını "cəsus" kimi istanbula yollayıb!

Aleks Ferguson qardaşını "cəsus" kimi istanbula yollayıb!

İngiltərənin "Mançester Yunayted" futbol klubu, bir neçə gündən sonra "Old Trafford"da qarşılaşacağı İstanbulun "Qalatasaray" klubu ilə bağlı hazırlıqlara başlayıb. Siasport.az saytı xəbər verir ki, söhbət ondan gedir ki, "qırmızı şeytanların" baş məşqçisi Aleks Ferguson, "Qalatasaray"ı dərindən təhlil etmək üçün qardaşı Martin Fergusonu İstanbula "cəsus" kimi göndərib. Türkiyənin "Spor.haber3.com" idman saytı yazır ki, sən demə ingilis "cəsusu", keçən həftə "Bursaspor"la keçirilən qarşılaşmada "cim bom"un oyununu tribunadan izləyib və qardaşına lazım olan məqamlarla bağlı bol informasiya toplayıb. Sayt yazır ki, "Mançester Yunayted"in baş məşqçisini əsasən, İstanbul nəhənginin hücum və müdafiə xəttinin hazırkı durumu daha çox maraqlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə