Fil Dişi Sahili yığmasının hücumçusu və İngiltərənin "Çelsi" futbol klubunun keçmiş forvardı Didye Droqba, hazırda şərəfini qoruduğu "Şanxay Şenhua" klubundan ayrılacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə son bir neçə gün ərzində Avropa mətbuatı yazılar dərc etməyə başlayıb. Düzdür, futbolçunun özü jurnalistlərə verdiyi açıqlamada bildirb ki, komandadakı maliyyə problemlərinə baxmayaraq, millinin düşərgəsindən sonra Çinə qayıdacaq. Amma ingilis mətbuatı yazır ki, D.Droqba yanvar ayında Londonun "Arsenal" klubuna keçməyə hazırlaşır. İngilislərin yazdığına görə, həttda "topçuların" menecerləri ulduz futbolçunun agenti ilə transferin detalları ilə bağlı danışıqlara da başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB