İngiltərə mətbuatı, dünən axşam oynanan Ukrayna-İngiltərə qarşılaşmasının baş hakimi olan Cüneyt Çakır əleyhinə yazılar dərc edirlər. Siasport.az saytı xəbər verir ki, xüsusi ilə ingilislərin bir qolunun qeydə alınmaması və kapitan Stiven Cerrardın meydandan qovulması, ingilis mətbuatının qəzəbinə səbəb olub. "Daily Mail" qəzeti yazır ki, baş hakimin qərarından sonra, ingilislərin baş məşqçisi Roy Hodson onun üzərinə yeriyərək, əl-qol atmaqla C.Çakıra etiraz edib. "Guardian" "Çakır Defoyu üzdü" başlıqlı yazısında qeyd edir ki, türk hakim gənc futbolçuya qarşı haqsızlıq edərək onu sarı vərəqə ilə cəzalandırıb. "İndependent" isə "Türk hakimin qərarları şübhəlidir" başlıqlı yazısında qeyd edir ki, C.Çakır verdiyi qərarlarla ingilislərin mübarizə ruhunu "sındırıb" və komandanın sürətli hücumlar qurmasını əngəlləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB