"Xəzər Lənkəran" bu gün Bakıya gəlib. Siasport.az saytının məlumatına görə, komanda həmişə olduğu kimi, yenə də "Happy İnn" otelində məskunlaşıb qarşıda "Neftçi" ilə Premyer Liqanın V turu çərçivəsində planlaşdırılan oyununa hazırlaşacaq. Cənub təmsilçisi məşqlərini səhər saat 11.00-da Respublika Dövlət Yol Polisinin stadionunda keçəcək. Milli yığmada oynayan futbolçular da komandaya burada qoşulacaqlar.
Sabah axşam isə komanda tam heyətlə veteran futbolçu Alim Qurbanovun toy məclisində iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB