Rusiya - Azərbaycan oyununun stadionu niyə dəyişdirildi?

Rusiya - Azərbaycan oyununun stadionu niyə dəyişdirildi?

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskva şəhərində keçiriləcək Rusiya - Azərbaycan oyununun stadionu dəyişdirilib. Siasport.az saytının məlumatına görə, qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, "Lokomotiv" stadionunda deyil, "Lujniki" stadionunda keçiriləcək. Rusiya Futbol İttifaqı bu dəyişikliyin səbəbi kimi "Lokomotiv" stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasını göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə