"Üçqat paralimpiya çempionu titulunu qazanacağam"

"Üçqat paralimpiya çempionu titulunu qazanacağam"

"London Paralimpiya Oyunlarında mükafatçılar sırasında yer aldığım üçün çox xoşbəxtəm". Siasport.az saytının məlumatına görə, bu sözləri XIV London Paralimpiya Oyunlarında bürünc medal qazanan ikiqat Paralimpiya çempionumuz, cüdoçu İlham Zəkiyev (100 kq-dan yuxarı) deyib.
O bildirib ki, idmanda əvvəlcədən heç nəyi proqnozlaşdırmaq olmur: "Qarşımda daha dörd il var. Üzərimdə çalışıb Rio-de-Janeyro Paralimpiya Oyunlarında üçqat paralimpiya çempionu titulunu qazanacağam".
Qeyd edək ki, İ.Zəkiyev Afina-2004 və Pekin-2008 Paralimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə