Kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, sonuncu matçda Azərbaycan millisi Almaniya yığmasının qonağı olub.
Mərhələ adlamaq üçün baş məşqçi Elxan Əliyevin yetirmələrinə qalib gəlmək lazım olsa da, komandamız bunu bacarmayıb. Almaniya basketbolçuları 81:68 (21:22, 22:17, 15:15, 23:14) hesabı ilə qələbə qazanaraq, qrup mərhələsini məğlubiyyətsiz başa vurublar.
Səkkiz matçdan 4-də qalib gələn basketbolçularımız isə top fərqinə görə mübarizəni vaxtından əvvəl dayandırmalı olublar. Buna baxmayaraq, yığmamızın seçmə mərhələdəki çıxışını qənaətbəxş saymaq olar. Çünki komandamız A divizionunun debütantı idi və bu turnir üçün lazımı təcrübəyə malik deyildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB