UEFA, İstanbulun "Beşiktaş" futbol klubuna ödəyəcəyi pulu, bütövlükdə komandanın keçmiş futbolçusu Nihat Kahveçiyə verəcək. Siasport.az saytı xəbər verir ki, Yıldırım Dəmirörənin prezidentliyi dövründə "Villereal"dan transfer olunan, amma keçən il komanda rəhbərliyi ilə yaranan gərginlik üzündən "Beşiktaş"ı qalmaqalla tərk edən N.Kahveçi, UEFA-ya müraciət edərək, ona ödəniləcək məbləğin geri qaytarılması üçün xahiş etmişdi. Dünən axşam isə məlum olub ki, UEFA, futbolçunun mürəciətini nəzərə alaraq, "Beşiktaş"a ödəyəcəyi 67 min 19 avro məbləğindəki pulu N.Kahveçinin hesabına köçürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB