"Mançester Yunayted" Van Persini itirdi!

"Mançester Yunayted" Van Persini itirdi!

Sentyabrın 19-da "Mançester Yunayted"lə qarşılaşacaq İstanbulun "Qalatasaray" klubu üçün sevindirici xəbərlər gəlməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, "Old Trafford"da "qırmızı şeytanlarla" Çempionlar Liqasının yeni mövsümdəki ilk oyununa çıxacaq "cim bom", rəqibin ciddi itkilərindən maksimum yararlanmaq fürsəti qazanıb. Məsələ burasındadır ki, keçən gecə "DÇ-2014" çərçivəsində Macarıstanla keçirilən qarşılaşmada Hollandiya millisinin heyətində meydana çıxan və ciddi zədə alan Robin Van Persi, ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu, heç şübhəsiz ki, "qırmızı şeytanlar" üçün böyük itkidir. Bundan başqa, klubun yaponiyalı forvardı Şhinci Kağava da Yaponiya-İraq qarşılaşmasında zədələnib və 2 həftə yaşıl meydanlardan uzaq qalmalı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə