UEFA "Neftçi"nin rəqiblərini cəzalandırdı

UEFA "Neftçi"nin rəqiblərini cəzalandırdı

UEFA-nın Maliyyə Nəzarəti Departamenti "Neftçi" futbol klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini cəzalandıb. Siasport.az saytının məlumatına görə, qurum Rusiyanın "Rubin" və Serbiyanın "Partizan" klublarına qarşı maliyyə "fair-play"ini pozduqları üçün bu addımı atıb. Bu səbəbdən hər iki komandaya 2012/2013-ci il mövsümünə görə mükafatların verilməsi dayandırılıb.
Qeyd edək ki, "Rubin" və "Partizan"dan başqa, daha 21 komanda cəzalandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə