Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları bu gün Vətənə qayıdıblar. Siasport.az saytının məlumatına görə, Londonda Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmış paralimpiyaçılarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə, musiqi sədaları altında qarşılayıblar.
Xatırladaq ki, XIV London Paralimpiya Oyunlarında Azərbaycan idmançıları 12 medal qazanıblar. Bu medalların 4-ü qızıl, 5-i gümüş, 3-ü bürüncdür. İştirakçı komandalar arasında Azərbaycan yığması 27-ci yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB