Milli komandamızın baş məşqçisi Berti Foqts yığmamızın Portuqaliyaya məğlub olduğumuz matç barədə danışıb. Siasport.az saytının məlumatına görə, o, futbolçularımızın fiziki cəhətdən zəif olduqlarını bildirib: "Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Portuqaliya bu gün yaxşı oynadı. Rəqib yüksək səviyyəli komandadır. Onlar ilk dəqiqədən sonadək mübarizə aparırlar. Biz istəmədən rəqibə qol vurmaq üçün şərait yaratdıq. Dörd gündə iki oyun oynamaq fiziki cəhətdən bizim üçün çətindir. Bu gün çox səhvə yol verdik. 75-ci dəqiqədən sonra komanda fiziki cəhətdən çatdıra bilmədi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB