Azərbaycanın futbol millisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya yığması ilə qarşılaşır. Siasport idman portalının verdiyi məlumata görə, futbolçularımız ilk hissədə inamla müdafiə olunublar. Üstünlük rəqibin tərəfində olsa da, millimiz ilk 45 dəqiqə ərzində qapısını toxunulmaz saxlaya bilib.
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ikinci oyununu keçirib. Millimiz Braqa şəhərindəki AXA stadionunda Portuqaliya yığması ilə qaşılaşıb. Qarşılaşma 3:0 hesabı ilə meydan sahibi komandanın xeyrinə başa çatıb.
Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Lakin ikinci hissədə Portuqaliya yığması futbolçularımızın müqavimətini qıra bilib. Meydan sahibləri hesabı 64-cü dəqiqədə Silvestre Varela açıb. Oyunun 85-ci dəqiqəsində Elder Poştiqa fərqlənib. Qapımızdan üçüncü qolu isə 88-ci dəqiqədə Brunu Alveş keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB