Ruslar İsrail millisini darmadağın etdilər!

Ruslar İsrail millisini darmadağın etdilər!

2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatının təsnifat mərhələsi çərçivəsində, səfərdə İsrail yığmasının qonağı olan Rusiya millisi, yerli komandanı darmadağın edib. Siasport.az saytı xəbər verir ki, bir qədər əvvəl başa çatan qarşılaşmada Rusiya millisi rəqibini 4:0 hesabı ilə məğlub edərək meydanı qələbə ilə tərk edib. Rusların qollarına Aleksandr Kerjakov, Aleksandr Kokorin və Viktor Fayzulun imza atıblar. xatırladaq ki, bu qarşılaşmada A. Kerjakov dubla imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə