Yuanıstan millisinin kapitanı "Fulhem"də!

Yuanıstan millisinin kapitanı "Fulhem"də!

İngiltərənin "Fulhem" futbol klubu, Yunanıstan milli komandasının kapitanı olan Giorgos Karaguonesi heyətinə cəlb edib. Siasport.az saytı xəbər verir ki, "Panatinakios"dan ayrıldıqdan sonra özünə klub tapa bilməyən 35 yaşlı istedadlı futbolçu, bundan sonra İngiltərə Premyer Liqasında top qovacaq. "Fulhem"ə transferindən məmnun olduğunu deyən yunan futbolçu, "Çalışacağam ki, mənə ümid bəsləyənlərin etimadını doğruldum" deyərək transferi barədə fikrini bildirib. İngilis klubunun baş məşqçisi Martin Jol da yunan futbolçunun komandaya böyük xeyir verə biləcəyinə ümid etdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə