İstanbulun "Qalatasaray" futbol klubunun forvardı Səlçuk İnan, bir sıra Avropa klublarının diqqət mərkəzinə düşüb. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"dakı parlaq futbol koryerası ilə diqqətləri üzərinə çəkən istedadlı futbolçuya "elçilərin" sayı durmadan artır. Türkiyənin "Spor3.com" idman saytı yazır ki, UEFA Çempionalr Liqasının qrup mərhələsi çərçivəsində Sentyabrın 19-da "Old Trafford"da keçiriləcək "Qalatasaray"-"Mançester Yunayted" oyununu bir sıra klubların menecerləri də izləyəcəklər. Onların arasında "Liverpul", "Arsenal" və "İnter"in futbol komitələrinin nümayəndlərinin də yer alacağı bildirilir. Belə ki, məhz bu oyundan sonra Avropa klublarından hansının S.İnan üçün "Qalatasaray"ın "qapısını döyəcəyi" məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB