Krasiç zədəsini sağaldıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Moskva "Spartak"ı ilə İstanbulda keçirilən cavab qarşılaşmasında zədələnərək sıradan çıxan Miloş Krasiç, zədəsini sağaldaraq, yenidən komandanın sıralarına dönüb. Siasport.az saytı xəbər verir ki, serbiyalı futbolçu artıq fərdi məşqlərə başlayıb. "Fənərbaxça"nın həkimləri onun gələn həftə oynanılacaq "Trabzonspor" qarşılaşmasına qədər tam sağalaraq yaşıl meydanlara dönəcəyini açıqlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə