"Qarabağ" klubu Premyer Liqanın V turunda AZAL-la üz-üzə gələcək. Siasport.az saytının məlumatına görə, sentyabrın 16-sında baş tutacaq oyuna "Qarabağ" ev sahibliyi etməli idi. Lakin, ölkəmizdə 17 yaşlı qızlar arasında keçiriləcək dünya çempionatı ilə əlaqədar olaraq Ağdam təmsilçisinin cari mövsüm sifariş etdiyi Tofiq Bəhramov adına stadionda son tamamlama işləri gedir. Belə ki, qarşılıqlı razılaşma əsasında "Qarabağ" - AZAL mücadiləsində ev sahibləri dəyişib. Ayın 16-ı baş tutacaq görüşə AZAL ev sahibliyi edəcək. 2-ci dövrədəki oyunda isə "Qarabağ" ev sahibliyi hüququndan yararlanacaq. Artıq tərəflər bu barədə Peşəkar Futbol Liqasına müraciət ediblər.
Qeyd edək ki, AZAL - "Qarabağ" oyunu sentyabrın 16-sında Şüvəlandakı "AZAL-Arena"da keçiriləcək. Oyunun keçirilmə vaxtı 18:30-a təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB