“Sumqayıt” klubu “Dalğa Arena”da hazırlaşır

“Sumqayıt” klubu “Dalğa Arena”da hazırlaşır

Premyer Liqanın 5-ci turu çərçivəsində sentyabrın 15-də səfərdə "İnter"lə qarşılaşacaq "Sumqayıt" klubu hazırlığını "Dalğa Arena"da davam etdirir. Siasport.az saytının məlumatına görə, komanda itkisiz hazırlaşır. İki gün əvvəl məşqlərdə zədələnmiş Ceyhun Sultanov və Ramil Həşimzadə fərdi məşqlərlə kifayətlənib. Emin Cəfərquliyev isə tam olaraq hazırlıqlarda iştirak edir.


"Sumqayıt" klubunun sabahkı hazırlığı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda olacaq. Komanda saat 11:00 və 17:00-da məşqə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə