İdman dırmanması üzrə ölkəmizin milli yığma komandası 12-17 sentyabr tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək dünya çempionatına yola düşüb.
Siasport.az saytının məlumatına görə, idman dırmanması üzrə dünya çempionatında ölkəmizi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarından ibarət 8 nəfərlik komanda (4 oğlan və 4 qız) təmsil edəcək.
Dünya çempionatında iştirak edəcək milli yığma komandanı Gənclər və İdman Nazirliyinin nümayəndəsi ilə yanaşı, FAİREX-in rəhbərliyi, eləcə də federasiya tərəfindən Türkiyədən dəvət olunmuş idman dırmanması üzrə peşəkar mütəxəssis müşayət edir.
Qeyd edək ki, bu mötəbər yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) rəhbərliyinin Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) rəhbərliyi ilə 22-23 iyun 2013-cü il tarixlərində Bakıda ilk dəfə keçiriləcək idman dırmanması üzrə Dünya Kubokunun mərhələ yarışının təşkili ilə bağlı bəzi məsələlər barədə məsləhətləşmələr aparacağı da nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB