İspaniyanın "Real" futbol klubu, Kriştiyanu Ronaldodan sonra, fantasik qiymətə daha bir futbolçu transfer etməyi planlaşdırır. Siasport.az saytı xəbər verir ki, kral klubu, hazırda Madrid "Atletiko"sunda super futbol ustalığı ilə göz oxşayan Radamel Falkaonu transfer etmək üçün xüsusi büdcə ayırmaqla məşğuldur. Belə ki, baş məşqçi Joze Maurinyonun istəyi ilə komandanın müvafiq strukturları kolumbiyalı futbolçunun transferi üçün təxminən 60 milyon avronu gözdən keçirməyi planlaşdırır. Xatırladaq ki, "Atletiko" klubu, yalnız 55 milyon avro ödəniləcəyi təqdirdə R.Falkaonun sərbəst qalacağını açıqlamışdı. Bu arada futbolçunun atası da oğlunun gələcəkdə "Real"da oynamaq istədiyini mətbuata açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB