"Barselona"ya 13 yaşlı super ulduz!

"Barselona"ya 13 yaşlı super ulduz!

İspaniyanın "Barselona" futbol klubu daha bir səs-küy yaradan transfer həyata keçirməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, katalon klubu hazırda "Malaqa"nın yeniyetmələrdən ibarət komandasında oynayan 13 yaşlı Brahim Abdelkader Diazı rənglərinə bağlamaq üçün hərəkətə keçib. İspaniyanın "Marça" qəzeti yazır ki, gələcəyin ən perspektivli ulduz futbolçusu olaraq göstərilən və "Malaqa" rəhbərliyinin üzərində "tir-tir əsdiyi" 13 yaşlı yeniyetmə üçün "Barselona, "Malaqa"ya 50 min avro təklif etsə də, qarşı tərəf 100 min avrodan bir qara qəpik də olsun aşağı düşməyəcəyini bildirib. İspaniya mətbuatı yazır ki, "Barselona" rəhbərliyi yeniyetmə futbolçunun valideynləri ilə də danışıqlar apararaq, uşaqlarının katalon klubuna transfer olunmasını üçün yardım etmələrini onlardan xahiş ediblər. Məlumata əsasən, artıq katalon klubu 13 yaşlı futbolçunu yeni mövsümdən öz düşərgəsində görməyə hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə