İstanbulun "Fənərbaxça" futbol klubunun qolkiperi Volkan Dəmirəl, komandasının hazırkı durumu ilə bağlı açıqlama yayıb. Siasport.az saytı xəbər verir ki, TRT kanalının "Futbol ateşi" proqramına qatılan təcrübəli qolkiper, "Fənərbaxça"nın hazırda yüksək səviyyəli futbolçulara sahib olduğunu deyərək, bu komanda ilə Türkiyə çempionluğunu və UEFA Avropa Liqasını qazanmaq gücündə olduqlarını dilə gətirib. V.Dəmirəl, Türkiyənin ən yaxşı futbol komandası olduqlarını vurğulayaraq, UEFA Avropa Liqasında əsas hədəflərinin final oynamaq olduğunu, komandadakı bütün futbolçuların bu hədəfə kökləndiklərini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB