"Simurq" qayıtdı

Yığma komandanın Dünya Çempionatının seçmə mərhələsindəki oyunları ilə əlaqədar avqustun 29-dan Gürcüstanda təlim-məşq toplanışı keçən "Simurq" klubu artıq vətənə dönüb. Siasport.az saytının məlumatına görə, komanda Rustavi şəhərinin "Polad" stadionunda "Metallurq" klubu ilə yoldaşlıq görüşü keçirib. Qarşılaşmadan "Simurq" 1 cavabsız qolla qalib ayrılıb.

Xatırladaq ki, Zaqatala təmsilçisi qonşu ölkədə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bundan öncə Tiflisin "Lokomotiv" kollektivi ilə üz-üzə gəlib və 2:1 hesablı qələbə ilə meydanı tərk edi. Artıq Zaqatalaya qayıdan komanda bir günlük istirahətdən sonra "Rəvan"la oyunun hazırlıqlarına start verib. Qeyd edək ki, "Simurq" V tur çərçivəsində senytabrın 15-i paytaxt təmsilçisinin qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə