"Jalə Plaza"da yerləşən "Lazer Strike" oyunları rəhbərliyinin təşkilatçılığı ilə kütləvi informasiya vasitələri arasında Lazertaq üzrə çempionata start verilib. Siasport.az saytının məlumatına görə, ümumilikdə 8 komandanın mübarizə apardığı yarışın ilk qarşılaşması Səs İnformasiya Agentliyi (SİA.az) və "Azernews" qəzeti arasında keçirilib. Görüş 4 mərhələdən ibarət olub.
Qeyd edək ki, gərgin şəraitdə keçən oyunda ilk hissəni SİA qazanıb. İkinci hissənin sonunda üstünlüyü ələ keçirməyə müvəffəq olan "Azernews" məğlubiyyətdən yaxa qurtarıb və az fərqlə önə keçib. İlk fasiləyə komandalar bərabərliklə (1:1) yollanıb. Üçüncü hissədə SİA-nın komandası yenidən böyükhesablı qələbə qazanıb. Bundan sonra isə, 4-cü hissəyə start verilib. Hər iki komanda bərabər səviyyəli oyun sərgiləsə də "Azernews" qəzeti məğlubiyyətlə barışmalı olub. Beləliklə 4 hissənin sonunda 3:1 hesablı qələbə qazanan SİA adını yarımfinala yazdırıb.
Xatırladaq ki, yarış sentyabrın 23-ə qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB