Luiş Fiqu: "Neftçi"yə qarşı oynamaq bizim üçün asan olmayacaq"

Luiş Fiqu: "Neftçi"yə qarşı oynamaq bizim üçün asan olmayacaq"

İsveçrənin Jeneva şəhərində Avropa Klublar Assosiasiyası (ECA) IX Ümumi Assambleyasının iclası keçirilir. Siasport.az saytının məlumatına görə, tədbirdə "Neftçi" PFK-nı Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Gündüz Abbaszadə təmsil edir. İclasda iştirak edənlər arasında İtaliyanın "İnter" klubunun İdman direktoru Luiş Fiqu da olub. Gündüz Abbaszadə Luiş Fiqunun "Neftçi" ilə oyun barədə fikirlərini öyrənib. "İnter" rəsmisinin söylədiklərini "Neftçi"nin rəsmi saytı futbolsevərlərə təqdim edib: "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması bizim üçün xoş sürprizdir. Bildiyimə görə buna qədər ölkənizdən heç bir klub belə bir uğur qazanmayıb. Vaxtilə milli komandanın heyətində Azərbaycan yığmasına qarşı oynamışam və qol vurmuşam. Həmin matçda məğlubiyyətdən çətinliklə qurtulmuşduq. Amma o zamandan xeyli müddət keçib və Azərbaycan futbolu da inkişaf edib. Bilirik ki, "Neftçi"yə qarşı oynamaq bizim üçün asan olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə