"Mançester Yunayted" futbol klubunun şotlandiyalı baş məçqçisi Aleks Fergüsson, sən demə keçmiş futbolçusu olan Ronaldonu yenidən komandasında görmək istəyir. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbol mütəxəssisi, bir neçə il bundan əvvəl 80 milyon avroya "Real Madrid"ə satdıqları portuqaliyalının yenidən "Mançester Yunayted"ə qaytarılması üçün komanda rəhbərliyindən hər cür fədakarlıq etməyi tələb edib. Türkiyənin "Milliyet" qəzeti iddia edir ki, 1986-cı ildən bəri "qırmızı şeytanlar"ı çalışdıran A.Fergüsson, Ronaldonun "Mançester Yunayted" üçün olduqca vacib fiqur olduğunu deyərək, kral klubunda xoşbəxt olmayan portuqaliyalı üçün komanda rəhbərliyindən hərəkətə keçməsini tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB