Roberto Karlos "Anji" üçün futbolçu axtarır...

Roberto Karlos "Anji" üçün futbolçu axtarır...

Mahaçqalanın "Anji" futbol klubunun idman direktoru olan məşhur braziliyalı futbolçu Roberto Karlos, hazırda Madriddədir. Siasport.az saytı xəbər verir ki, İspaniya mətbuatı R.Karlosun, kral klubunda özünü xoşbəxt hiss etmədiyini deyən portuqaliyalı Ronaldonu transfer etmək üçün İspaniyaya gəldiyini yazsalar da, braziliyalı futbolçu bunları şayiə adlandırıb.

"Bunlar sadəcə dedi-qodudur. Bizim Ronaldonu transfer etmək kimi istəyimiz yoxdur. O klubunda xoşbəxtdir. Mən buraya "Anji"yə transfer edə biləcəyimiz yüksək səviyyəli futbolçu axtarmaq üçün gəlmişəm. ispaniya La Liqası dünyanın ən səviyyəli çempionatıdır. Biz "Anji"ni dünya şöhrətli kluba çevirmək istəyirik", - deyə R.Karlos fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə