Türkiyə mətbuatı, "Qalatasaray"ın baş məşqçisi Fatih Terim və "Real"ın portuqaliyalı şalışdırıcısı Joze Maurinyo arasında, Kaka transferi ilə bağlı baş tutan dialoq barədə yazılar dərc edirlər. Siasport.az saytı xəbər verir ki, bu günlərdə Avropanın "Elit Məşqçilər Zirvəsi"ndə görüşən F.Terim və J.Maurinyo arasında braziliyalı Kaka ilə bağlı maraqlı "alış veriş" söhbəti baş tutub.
Türkiyənin "Milliyet" qəzeti yazır ki, F.Terim J.Maurinyodan Kakanın "Qalatasaray"a transferi üçün yardım etməsini xahiş etmiş, portuqaliyalı isə, "onun "Qalatasaray"a gəlməsi üçün nə lazımsa edəcəyəm. Buna əmin" deyərək "imperator"u arxayınlaşdırıb. F.Terim, Kakanı qış transfer dövründə heyətə qatmaq istədiklərini "Real"ın baş məşqçisinin diqqətinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB