Beynəlxalq turnirin final mərhələsi keçiriləcək

Beynəlxalq turnirin final mərhələsi keçiriləcək

21-23 sentyabr 2012-ci il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Siasport.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək turnirin proqramına əsasən sentyabrın 20-də görüşləri idarə edəcək hakimlərin seminarı və texniki iclas keçiriləcək. İlk gün sərbəst, ikinci gün qadın, üçüncü gün isə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq. Yarışlar hər gün saat 10.00-da, final görüşləri saat 17.00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi sentyabrın 21-də saat 17.00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə