"Portuqaliya ilə oyun bizim üçün asan olmayacaq". Siasport.az saytının məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçiriləcək oyunöncəsi Braqada mətbuat konfransında deyib. O, belə oyunların Azərbaycan futbolunun inkişafına kömək etdiyini bildirib: "Bizim komanda 3-4 gündən bir oynamağa öyrəşməyib. Üstəlik, 7 saatlıq yol qət etmişik. Bilirik ki, Portuqaliya kimi güclü rəqibə qarşı mübarizə aparmalıyıq. Bu komanda dünyanın ən güclülərindən biridir. Bura qələbə üçün yox, təcrübə toplamaq, futbolu öyrənmək üçün gəlmişik. Belə oyunlar Azərbaycan futbolunun inkişafına çox kömək edir. Komandam bu oyunda da əlindən gələni edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB