"Bakı" klubu "Qara dəniz" kubokunda yarışacaq

"Bakı" klubu "Qara dəniz" kubokunda yarışacaq

Çimərlik futbolu üzrə Topaz Super Liqasının qalibi olan "Bakı" klubu ölkəmizi beynəlxalq turnirdə təmsil etmək üçün Ukraynaya yollanıb. Siasport.az saytının məlumatına görə, təmsilçimiz burada "Qara dəniz" kubokunda iştirak edəcək. Yüksək səviyyəli turnirlər sırasında olan "Qara dəniz" kuboku Sevastopolda təşkil olunacaq. 8 ölkənin iştirak edəcəyi yarışın açılış mərasimində Rusiya və Ukrayna şou-biznes nümayəndələrinin iştirakı ilə geniş konsert proqramı təşkil olunacaq. Yarışda "Dinamo" (Kiyev), "Zenit" (Sankt-Peterburq) kimi tanınmış komandalar və futbolçular da iştirak edəcəklər. Qeyd edək ki, "Qara dəniz" kubokunda "Bakı" ilə yanaşı, ölkəmizi Təşkilat Komitəsinin xüsusi dəvəti ilə Sevastopola yollanan FİFA referisi Əfqan Həmzəyev də təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə