Bu gün paralimpiya oyunlarında atletlərimiz və üzgüçümüz yarışacaq

Bu gün paralimpiya oyunlarında atletlərimiz və üzgüçümüz yarışacaq

Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir. Siasport.az saytıının məlumatına görə, bu gün atletika yığmamızın üzvləri Oleq Panyutin, Vladimir Zaets üçtəkanla tullanma yarışlarında, Mədinət Abdullayeva isə yadro tullama turnirdə mübarizə aparacaq. Üçtəkanla tullanma yarışları Bakı vaxtı ilə 14:10-da, yadro tullama turnirini isə 14:15-də start götürəcək.
İdmançımız Natali Pronina 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışlarda iştirak edəcək və turnir saat 14:15-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə