Cənubi Amerika Dünya Kubokunun seçmə mərhələsində Uruqvay millisi ilə Kolumbiya üz-üzə gəlib. Siasport.az saytının məlumatına görə, matçın 2-ci dəqiqəsində Falkao ilə hesabı açan Kolumbiya millisinin digər qolları "Trabzonspor"un sabiq futbolçusu Quterraz və Zuniqadan gəlib. Belə ki, bu futbolçular matçda dubl ediblər.
"Qalatasaray"lı qapıçı Musleranın mübarizə apardığı Uruqvay yığması 4:0 hesabı ilə meydanı məğlub tərk etdi.
Qeyd edək ki, bu qələbədən sonra Kolumbiya 6 matçdan sonra xallarını 10-a çatdırıb. Uruqvay isə qrupda ilk məğlubiyyətlə üzləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB