Voleybolçu qızlarımız Avropa Çempionatına uğurlu start verib

Voleybolçu qızlarımız Avropa Çempionatına uğurlu start verib

Voleybol üzrə qadınlardan ibarət milli komandamız Finlandiyada keçirilən Avropa Çempionatının seçmə mərhələsinin birinci turunda ilk görüşdən qalib ayrılıb. Siasport.az saytının məlumatına görə, millimiz Avstriya yığmasına 3:0 hesabı ilə qalib gəlib. Bundan sonra isə komandamızı daha iki görüş gözləyir. Bunlar Belarus və Finlandiya milliləri olacaq.

Qeyd edək ki, ikinci mərhələ 14 sentyabrda paytaxtımızda start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə