Azərbaycan idmançısı paralimpiya oyunlarında 4-cü gümüş medalını qazandı

Azərbaycan idmançısı paralimpiya oyunlarında 4-cü gümüş medalını qazandı

Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir. Siasport.az saytının məlumatına görə, 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında mübarizə aparan idmançımız Natali Pronina ilk mərhələdə 28,10 saniyə nəticə göstərici ilə qrupda ikinci olub və finala yüksəlib.
Həlledici mərhələdə idmançımız 27,54 saniyə nəticə göstərib, yarışı ikinci pillədə başa vurub və London Paralimpiya Oyunlarında dördüncü gümüş medalını qazanıb.
Qeyd edək ki, N.Pronina 100 və 200 metr məsafəyə sərbəst üsulla, 100 metr məsafəyə arxasıüstə üzmək yarışlarında da gümüş medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə