Azərbaycan - İsrail oyunundan sonra AFFA prezidenti Rövnəq Abdullayev matç barədə fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o komandamızın qələbəyə layiq oynadığını bildirib: "Qələbəyə layiq oynadıq. Amma bəxtimiz gətirmədi. Məncə, millimiz bu gün yaxşı oynadı. Birinci hissə ilə müqayisədə, ikinci yarıda daha yaxşı çıxış etdik. Komanda artıq formalaşıb. İsrailə qalib də gələ bilərdik, amma ümumi götürdükdə, nəticədən və oyundan razıyam. Ümid edirəm ki, millimiz qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcək. Seçmə mərhələyə 1 xalla başladıq. Portuqaliya ilə səfər oyununda isə hər şey ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB