"Bakı" futbol klubunun çimərlik futbolu komandası Azərbaycan çempionu titulunu qazanıb. Siasport.az saytının məlumatına görə, Topazın sponsorluğu ilə keçirilən və 6 komandanın iştirak etdiyi çempionatda 4 qələbə qazanan "Bakı" adını liderlik siyahısına daxil edib. Son turda "Turan"ı 6:3 hesabı ilə məğlub edən paytaxt klubu xallarının sayını 12-ə çatdıraraq birinciliyini təmin edib.
Məlumat üçün bildirək ki, 2-ci yerə "Netfçi" İSM, üçüncü pilləyə isə "Qarabağ" sahib çıxıb. "Bakı" Azərbaycan çempionu kimi ölkəmizi UEFA və FİFA bayrağı altında keçiriləcək klublararası beynəlxalq turnirlərdə təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB